Türkiyəli məşhur müğənni Zeynep Bastık Azərbaycana gəlib.

OLAY yazır ki, ötən günü Bakını gəzən sənətçi axşam Bakı Konqres mərkəzində səhnə alıb. İfaçının konserti karantin qaydaları yumşaldıldıqdan sonra keçirilən ilk məsafəsiz tədbir olub.

“Mənim konsertimə hoş gəlmişsiniz!” – Zeynep Bastık Bakıda

Müğənni səhnəyə çıxmazdan öncə kulisdən paylaşım edərək qadınları Azərbaycan dilində təbrik edib. O, İnstaqramda “Qadınlar gününüz mübarək” sözlərini yazıb.

“Mənim konsertimə hoş gəlmişsiniz!” – Zeynep Bastık Bakıda

“Bakı, ayağa qalx!” sözləri ilə səhnəyə daxil olub. Ard-arda iki mahnı səsləndirən ifaçı daha sonra səhnədə də Azərbaycan dilində danışıb. O, qonaqları salamlayıb və xanımları 8 Mart Beynəlxalq Qadınlar gününü də təbrik edib.

“Mənim konsertimə hoş gəlmişsiniz!” – Zeynep Bastık Bakıda

“Mənim konsertimə hoş gəlmişsiniz! Qadınlar gününüz mübarək! Necədir? Necə danışıram? Alındıra bildim? İki gündür bu cümləni öyrənmək üçün məşq edirəm”.

“Mənim konsertimə hoş gəlmişsiniz!” – Zeynep Bastık Bakıda

Sənətçi bir neçə dəqiqə tamaşaçılarla söhbətləşib:

“Necəsiz? Keyfiniz yerindədir? İlk dəfədir Bakıya gəlirəm. Çox gözəl görünürsüz. Hamıya tək-tək təşəkkür edirəm. Dəvətinizə sevə-sevə gəldim. Amma bu bir dinləmə mərasimi deyil. Kreslosunuzda çox otursanız, bu çox sevəcəyimiz bir şey olmayacaq. Çünki çox əylənəcəyik! Düzdür, bir-iki mahnıda canınız sıxılacaq, eks-sevgililərə mesaj atacaqsız, bu ola bilər. Amma bundan başqa oturmağınızı görmək istəmirəm, zəmanət verirəm ki, çox əylənəcəyik! Bakı, gecəyə hazırsan?!”.

“Mənim konsertimə hoş gəlmişsiniz!” – Zeynep Bastık Bakıda

Səhnə üçün rahat libas seçən Zeynep dekoltesi ilə diqqət çəkib. O, gecədə öz sevilən hitlərini səsləndirib. Bu gün Türkiyəyə dönən ifaçı İnstaqram hesabında konsertlə bağlı təəssüratlarını bölüşüb:

“Bizimlə əylənən hər kəsə çox təşəkkür edirik. Möhtəşəm keçən konsertin artından xoşbəxt evə dönürəm. Yenə gələcəyik, Bakı!”.