İnfluenser Aynişan Quliyeva anası, Əməkdar artist Aybəniz Haşımova ilə bağlı paylaşım edib.

OLAY yazır ki, valideyni ilə birlikdə kamera qarşısına keçən bloger anasını və bütün qadınları 8 Mart – “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edib.

O mənim qadınlıq gücümün, öz ayaqlarım üstündə dayanmağın, sevginin və böyüməyin ən gözəl nümunəsidir. Mənə öyrətdiyi ən dəyərli dərs – insan heç kimə arxayın olmadan öz gücünü tapıb inkişaf etməlidir. Və ən əsası, anam mənə sevgini öyrətdi – ən saf, ən dərin, ən həqiqi sevgini... Bayramımız mübarək!”