Amerikalı aktyor Met Ford meymun çiçəyi xəstəliyinə yoluxub.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. Sosial şəbəkə hesabında video paylaşan Mett bildirib ki, bu çox pis xəstəlikdir:

“Əvvəlcə sızanağa bənzər yaralar çıxdı. Təxminən 25-ni saydım. Əvvəllər ağrıdan yata bilmirdim. Ağrı kəsici içirdim, tez-tez duş qəbul edirdim. Yüksək temperatur, titrəmə, tərləmə kimi simptonlar var idi. Düşünürəm ki, xəstəliyə iyunun 17-də yoluxmuşam. Həkimlər 3 günə proqnoz qoydu. İndi isə yaraların sağalmağını gözləyirəm”.