Məşhur italyan tenor Alessandro Safina Azərbaycana gəlib.

OLAY yazır ki, bu barədə Xalq artisti Emin Ağalarov məlumat yayıb. O, Alessandro ilə videosunu instaqramda paylaşıb.

Emin bildirib ki, Safina avqustun 17-də “Yaşıl Teatr”da baş tutması planlaşdırılan Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxış edəcək.