Esra Balamir və Bircan Balinin təqdim etdiyi proqramda Zuhal Topalın geyiminə edilən sərt tənqidlər cavabsız qalmayıb.

OLAY yazır ki, Topal pərəstişkarlarının sosial mediada verdiyi dəstəkdən danışarkən, “Yazılan şərhlər mənə yazılsaydı, yəqin ki, küçəyə çıxa bilməzdim” deyib. Bircan Bali isə yenidən mübahisə yaradacaq açıqlamalar verib. Bali Topal haqqında “Həmişə Seda ablanın qalığı sayılan formatlara namizəd olan qadın deyilmi, axı?” deyib.

İndi isə diqqətlər yenidən Zuhal Topala yönəlib, cavab verib-verməyəcəyi maraq doğurur.