Ötən gün Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

OLAY yazır ki, gecədə konsert proqramı təşkil edilib.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Brilliant Dadaşova, Əməkdar artistlər Lalə Məmmədova, İlkin Əhmədov, Təyyar Bayramov, Arzu Əliyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Solisti Rəvanə Əmiraslanlı, müğənni Leyla Rəhimova, Habil Məmmədov və tələbələri səhnə alıb.