"Kim Milyoner Olmak İster?" yarışmasına qatılan bir iştirakçı, performansıyla deyil, yaşıyla gündəm olub.

OLAY yazır ki, iştirakçının gerçək yaşını öyrənən həm aparıcı Oktay Kaynarca, həm də izləyicilər böyük təəccüb yaşayıb.

Onun özünə güvənən davranışları və biliyi izləyicinin diqqətini çəkərkən, əsas sürpriz yaşını açıqlaması ilə meydana çıxıb.

Yarışmaya özünü təqdim edərək başlayan Talha Özkaynak, Koç Universiteti “Arxeologiya və İncəsənət Tarixi” və “Sosyologiya” 4-cü kurs tələbəsi olduğunu bildirib və "22 yaşındayam" deyib.

İştirakçının yaşını eşidən Oktay Kaynarca, "22 yaşındayam dedin, yoxsa?" deyərək təəccübünü bildirib.

İştirakçının yaşı və görüntüsü gündəm oldu İştirakçının yaşı və görüntüsü gündəm oldu İştirakçının yaşı və görüntüsü gündəm oldu