Məşhur komediyaçı Hasancan Kaya uzun müddətdir ictimaiyyətdən uzaq yaşadığı münasibətini rəsmiləşdirmək qərarına gəlib.
OLAY yazır ki, şəxsi həyatını mediadan uzaq tutmağı üstün tutan Kaya-nın sevgilisi ilə nişan hazırlığında olduğu məlum olub.
Məlumata görə, məşhur komediyaçı sevgilisi Duygu Karabaş ilə 29 mart tarixində Ortaköydə yerləşən Feriye məkanında keçiriləcək sadə bir mərasimlə nişanlanacaq.
Yaxın dostların və ailə üzvlərinin qatılacağı bu xüsusi tədbir üçün hazırlıqların artıq başladığı bildirilir. Şəxsi həyatını hər zaman gizli saxlayan Hasancan Kaya-nın bu addımı pərəstişkarlarını təəccübləndirib.
Rəssam olduğu və incəsənət dünyasında fəaliyyət göstərdiyi bilinən gənc qadının Duygu Karabaş olduğu öyrənilib. Cütlüyün münasibətlərini uzun müddət ictimaiyyətdən uzaq yaşamağı seçdiyi də qeyd olunur.