Müğənni Nazim Pişiyarinin səhhətində yenidən problem yaranıb. 

OLAY yazır ki, bu haqda sənətçi telefon vasitəsi ilə “Gün ortası” verilişinin canlı efirinə qoşularkən məlumat verib. 

Nazim bildirib ki, suçiçəyi tutub: 

“Uşaqlığımı xatırlayıram. Maraqlısı odur ki, ikinci dəfədir keçirirəm. Həkim söylədi ki, karantin 21 gün olmayacaq və yüngül keçirdəcəksən”. 

Qeyd edək ki, N. Pişiyarı bir müddət əvvəl küçədə gəzərkən insult keçirib.