Məşhur aktrisa İrem Helvacıoğlu və həyat yoldaşının bu gün axşam saatlarında İstanbulun Bağdat Caddesində başına bədbəxt hadisə gəlib.

OLAY yazır ki, hadisə Erenköy Kantarcı Rıza küçəsinin çıxışında baş verib. Qəza zamanı motosikletin bir nəqliyyat vasitəsinə çırpıldığı və daha sonra səkidə körpələri ilə gəzən Helvacıoğlu və həyat yoldaşının üzərinə uçduğu bildirilir.

İlkin məlumatlara görə, 2 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Aktrisa və ailəsinin vəziyyətinin  yaxşı olduğu bildirilib.