Türk aktrisa Pınar Altuğ və həyat yoldaşı Yağmur Atacan yaxın qohumlara və dostlara borc pul vermək məsələsi ilə bağlı fikirlərini bölüşüblər.

OLAY yazır ki, mövzuya fərqli yanaşan Yağmur Atacan “Yaxın qohuma borc pul verilməz. Yaxın qohumun ehtiyacı varsa, ona pul verilər. Əgər geri qaytararsa, bunun adı borc olar. Qaytarmasa, yaxın qohuma verilmiş bir pul kimi qalar” deyə bildirib.

Həyat yoldaşının fikirləri ilə razılaşan Pınar Altuğ isə bunları söyləyib:

“Yağmur həmişə belə deyir: Pul versən də dostluğun zərər görəcək, verməsən də. Burada dostunu nə qədər sevdiyin önəmlidir. Bu, çox çətin məsələdir. Ya həyatınızda bir prinsip müəyyənləşdirməlisiniz. İndiki iqtisadi şəraiti nəzərə alsaq, bu, həqiqətən də çətin vəziyyətdir... Qohuma verilən pulu borc kimi deyil, yardım kimi düşünmək lazımdır”.

“Yaxın qohuma borc pul verilməz” “Yaxın qohuma borc pul verilməz”