Futbol ulduzu Cud Bellinqhem “Calvin Klein” brendinin yeni “Icon Cotton Stretch” alt paltarı kampaniyasının siması olub.
Cud kampaniya ilə bağlı təəssüratlarını belə ifadə edib:
“Bu kampaniya üzərində işləməkdən çox zövq aldım. “Görünməyən ikon” ideyası xoşuma gəldi. Çünki özünəinam insanın özünü rahat hiss etməsindən başlayır. “Calvin Klein” çox ikonik bir brenddir və bu ideyanı öz üslubumla həyata keçirmək əla idi”.