Məşhur türk aktrisa və stend-apçı Yasemin Sakallıoğlu Bakıya gəlir.
OLAY yazır ki, sənətçi 23 yanvar Heydər Əliyev sarayında konsert verəcək.
“Doğru koca nasıl seçilir?” adlı tədbirdə komediyaçı ailə bağlarını, qadın–kişi münasibətlərini və bu münasibətlərin psixoloji təsirlərini müxtəlif obrazlardan istifadə edərək yumorlu dillə təqdim edəcək.
Sürpriz səhnə performansı və həyatının bir-birindən gülməli hekayələri ilə hazırlanan bu tək nəfərlik şounun biletləri artıq satışdadır.