Bir müddətdir ki, Türkiyənin ustad aktrisası Gül Onat mədəaltı vəzi xərçəngi ilə mübarizə aparır.

OLAY yazır ki, aktrisa qatıldığı “13. Uluslararası Yeni Tiyatro Emek ve Başarı Ödülleri” mərasimində səhhəti ilə bağlı açıqlamalar verib.

Səhnədə kövrək anlar yaşayan 72 yaşlı aktrisa xəstəliyi səbəbindən danışmaqda çətinlik çəkdiyini bildirərək sevənlərindən anlayış göstərmələrini xahiş edib.

 “Özümü çox yaxşı hiss etmədiyim üçün hər kəsin adını çəkmək istərdim, amma... Mən uzun müddətdir həyat mübarizəsi aparıram. Təəssüf ki, çox ciddi bir xəstəliklə... Buna görə də çıxışımı çox uzada bilməyəcəyəm. Məni bağışlayarsınız, elə deyilmi?” deyə aktrisa tamaşaçılardan xahiş edib.

“Yaşamaq uğrunda mübarizə aparıram…”