Əməkdar artist Xumar Qədimova Gürcüstanın Marneuli şəhərində yeni açılan mebel mağazasının açılış mərasimində səhnə alıb.

OLAY yazır ki, fəxri qonaq və tək sənətçi kimi yüksək qonorar qarşılığında açılışa qatılan sənətkar hitlərini səsləndirib və səhnəyə çıxdığı andan böyük coşqu ilə qarşılanaraq, pərəstişkarlarının gül yağışına tutulub.

Qədimovanın açılış mərasimindəki iştirakı sosial şəbəkələrdə diqqət çəkib.