Xalq artisti Emin Ağalarov yeni layihəsinin müjdəsini verib.

OLAY yazır ki, o instaqram səhifəsində yeni mahnısı “Letala”nın premyerasının bu cümə günü yayımlanacağını elan edib. Sənətçi izləyicilərini mahnı ilə bağlı videolar çəkməyə və onu paylaşarkən rəsmi hesabını qeyd etməyə çağırıb.

Emin bildirib ki, ən maraqlı video müəllifini 2 dekabrda Moskvada keçiriləcək konsertinə dəvət edəcək.