Rusiyanın Xalq artisti Filipp Kirkorov jurnalistlərə verdiyi müsahibədə diqqətçəkən açıqlama edib.
OLAY yazır ki, müğənni valideynlərinin xatirəsinə Troekurovskoye qəbiristanlığında abidə ucaltdıracağını bildirib. Kirkorov bu əlamətdar hadisə üçün məhz sentyabrın 9-unu seçməsinin səbəbini də açıqlayıb.
“Bu, Bolqarıstan və Sovet İttifaqı üçün mühüm tarixdir. Sentyabrın 9-da Sovet ordusu Bolqarıstanı faşist işğalçılarından azad edib. Atam çox vətənpərvər insan idi və bu bayrama böyük hörmətlə yanaşırdı. Buna görə də qərara gəldim ki, valideynlərimin şərəfinə abidəni məhz sentyabrın 9-da Troekurovskoye qəbiristanlığında açmalıyıq” deyə müğənni bildirib.