Aktrisalar Sidney Suini və Merilin Monronun uzaq qohum olduqları üzə çıxıb.
OLAY yazır ki, iki məşhurun ortaq mənşəyini beynəlxalq şəcərə platforması “MyHeritage” onların ailə ağaclarını araşdıraraq müəyyən edib.
Tədqiqatçılar aktrisaların XVII əsrdə Massaçusetsdə yaşamış ortaq əcdadı Ezra Perrini müəyyən ediblər. Platformanın məlumatına görə, məhz onun nəslindən gələnlər vasitəsilə Suini və Monronun şəcərələri kəsişir.