43 yaşlı aktrisa Enn Heteuey üçüncü övladına hamilə olduğunu təsdiqləyib.
OLAY yazır ki, aktrisa bu xəbəri şəxsi səhifəsində paylaşıb. Yayımladığı görüntülərdə o, ağ çimərlik geyimində əvvəlcə qarnını əlləri ilə örtür, bir neçə saniyə sonra isə əllərini çəkərək böyümüş qarnını nümayiş etdirir və daha sonra qaçaraq kadrdan uzaqlaşır.
Qeyd edək ki, Adam Şulman və Enn Heteuey 2012-ci ildə evləniblər. Dörd il sonra onların ilk övladı Conatan dünyaya gəlib. 2019-cu ildə isə ailənin ikinci oğlu Cek doğulub.