Bir vaxtlar “Türkiyənin ən varlı qadını” kimi tanınan Servet Koçak 89 yaşında vəfat edib.

OLAY yazır ki, Koçakın ölümündən ictimaiyyət və oğlan övladları yalnız günlər sonra xəbər tuta biliblər. Servet Koçak ilə birlikdə yaşayan qızı Naciye Koçak malikanədəki işçilərlə birlikdə anasını gizli şəkildə dəfn edib və miras məhkəməsində qarşı-qarşıya gəldiyi qardaşlarına xəbər verməyib.

Qeyd edək ki, Servet Koçakın oğulları Recai Koçak və Necati Koçak 2022-ci ildə bacıları Naciye Koçakın analarının sərvətindən istifadə etdiyini iddia edərək, analarının bütün əmlakı və bank hesablarına müvəqqəti həbs qoydurub, həmçinin qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət ediblər.

Türkiyənin ən varlı qadını dünyasını dəyişdi!