Dueyn Devis 1996-cı ildə reper Tupak Şakurun qətlə yetirilməsində əli olmadığını bir daha bəyan edib.

OLAY yazır ki, reperin ölümündən təxminən üç onillik sonra Devis yenidən məhkəmə qarşısına çıxmağa hazırlaşır.

Məhkəmə prosesinin başlamasına bir neçə gün qalmış Devis israrla bildirib ki, Şakurun güllələndiyi həmin axşam hətta Las-Veqasda belə olmayıb. Bununla belə, o, bu iş üzrə həbs edilən yeganə şəxs olaraq qalır. Devis 2023-cü ildən həbsdədir və bütün bu müddət ərzində günahsız olduğunu bildirir.

Xatırladaq ki, keçmiş dəstə üzvü reperə qarşı hücumun təşkilində ittiham olunur. İstintaqın versiyasına görə, Tupak 7 sentyabr 1996-cı ildə Las-Veqasda pusquya salınıb. Lakin Devis prokurorluğun onun cinayət yerində olduğunu sübut edən heç bir dəlilə malik olmadığını iddia edir. O, azadlığı uğrunda sonadək mübarizə aparacağını bildirir.

Tupakı həqiqətən o öldürüb?