Xalq artisti Tünzalə Ağayevanın səhhətində problem yaranıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Ağayeva belindəki ağrılar səbəbi ilə hazırda müalicələr aldığı bildirib:

“Belim ağrıyır. Bu gün sürünə-sürünə də olsa verilişə gəldim. Belim soyuqlayıb müalicə elədim. Bu gün belimin yenə “tutması-tutub”. Qocalıq əlamətidir (gülür)”.