WE Project Media platforması özünün “Instagram” səhifəsində dünyada tanınan azərbaycanlılarla bağlı siyahı paylaşıb.

OLAY yazır ki, paylaşımda Azərbaycanın mədəniyyət, incəsənət və media sahələrində tanınan simalarının adları yer alıb. Siyahıda Xalq artisti Tünzalə Ağayeva da var. WE Project Media pop ulduz Tünzalə Ağayevanı Azərbaycan musiqisinin tanınmış nümayəndələrindən biri kimi təqdim edib.

Qeyd edək ki, Tünzalə Ağayeva uzun illərdir həm ölkə daxilində, həm də beynəlxalq layihələrdə uğurlu iştirakı ilə diqqət çəkir. Sənətçi Azərbaycan estradasının tanınan simalarından biri hesab olunur və sosial şəbəkələrdə geniş auditoriyaya malikdir.

Tünzalə Ağayeva WE Project Media-da