Türk aktyor Mert Yazıcıoğlunun özəl bir klinikada tez-tez görünməsi maraq doğurub.
OLAY yazır ki, onun haqqında müxtəlif iddialar irəli sürülsə də, məşhur aktyorun bu ziyarətlərinin əsl səbəbi məlum olub.
Əldə edilən məlumata görə, Yazıcıoğlunun klinikaya getməsinin səbəbi sağlamlıq problemi deyil. Uğurlu aktyorun yeni layihəsində canlandıracağı həkim obrazına hazırlaşdığı öyrənilib.
Mert Yazıcıoğlu yeni serialda “Aras” adlı təcili yardım şöbəsinin həkimini canlandıracaq. Bildirilir ki, aktyor roluna daha yaxşı hazırlaşmaq üçün klinika mühitini yaxından müşahidə edir və həkim peşəsinin incəliklərini öyrənir.