Narkotik istintaqı çərçivəsində axtarışa verilən Edis açıqlama yayıb.

OLAY yazır ki, sənətçi instaqram hesabında bunları qeyd edib:

“Uzun müddətdir planlaşdırdığım tətilimi yarımçıq saxlayaraq ən qısa zamanda ölkəmə qayıdıram.

Mövzu ilə bağlı bütün rəsmi prosedurlar çərçivəsində üzərimə düşən nə varsa, yerinə yetirməyə hazıram.

Adı çəkilən məsələlərlə heç bir əlaqəm yoxdur. Vicdanım rahatdır, sizin də içiniz rahat olsun”.