“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin şair, nasir, publisist və dramaturq Seyran Səxavət olub.
OLAY yazır ki, S. Səxavət proqramda bir çox məqamlara toxunub. Yazıçı ana dilimizlə bağlı nöqsanların olmasında televiziyaları günahlandırıb:
“Dilimizin vəziyyəti dəhşətli dərəcədə ağırdır. 20 ildir bunun mübarizəsini aparıram, dilimiz “reanimasiya”dadır. İsa Həbibəylinin moderatorluğu ilə Milli Məclisin Mədəniyyət komitəsi ilə birgə keçirilən iclasda dedim ki, indi xəstəxanadan gəlirəm, dilimiz “reanimasiya”dadır, mənə vəsiyyətini də edib. Dilimizi xilas etmək çox çətin olacaq. Azərbaycanın televiziya məkanı gecə-gündüz gözəl Azərbaycan dilimizin üstünə çirkab axıtmaqla məşğuldur. Günah yenə təhsilə və milli şüura gəlir. Hər ay bir televiziya verilişi üzrə növbətçilik edərik, təmənnasız, Azərbaycan dilinin xətrinə edərik. Sonra birinci dəfə televiziya rəhbərinin nəzərinə çatdırarıq. İkinci dəfə 100 manat simvolik cərimə edərik, yenə səhvlər təkrarlansa, üçüncü dəfə 1 milyon cərimə edərik. Nəticə çıxmasa, televiziya kanalının lisenziya məsələsini ortaya qoyuruq. Müraciət etdiyim təşkilatlar, akademiklər, Xalq şairləri, yazıçıları, müvafiq orqanların rəhbərləri var. Hamısına zəng etmişəm, məruzə göndərmişəm. Amma heç kəsin vecinə deyil”.