Məşhur türk aktrisa Melisa Döngelin “narkotik əməliyyatı” çərçivəsində saxlanılmasından sonra telefonundaki yazışmalar ortaya çıxıb.
OLAY yazır ki, yazışmalardan məlum olub ki, o, bir dostuna narkotik maddə istifadə edərkən çəkilmiş fotosunu göndərib və “Dostum, kokain tap, təcili” məzmununda mesaj yazıb.
Bununla kifayətlənməyən söhbətlər arasında Ekrem K. ilə olan yazışmalar da diqqət çəkib. Yazışmalarda Döngelin “Təcili kokain lazımdır, dostum” ifadəsini işlətdiyi, qarşı tərəfin isə “Neçə ədəd?” sualına onun “3 ədəd” cavabını verdiyi və bununla da söhbətin davam etdiyi aşkarlanıb.
Qeyd edək ki, dekabr ayında həyata keçirilən əməliyyat zamanı çox sayda tanınmış şəxs saxlanılıb. Məhkəmə-Tibbi Ekspertiza Qurumuna test vermək üçün göndərilən şəxslər arasında 26 yaşlı məşhur aktrisa Melisa Döngel də yer alıb.