Rusiya Federasiyasının sabiq baş nazir müavini İqor Şuvalov açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, 59 yaşlı Şuvalov sessiyada çıxış edərkən uşaqların etibarını necə qazanmalı olduğunu müzakirə edib.
Diskussiya zamanı digər iştirakçı zarafatla “bunu kəmərlə köhnə üsulla da edə bilərik” deyib, Şuvalov isə “Təəssüf ki, artıq olmaz” deyə cavab verib.
Sabiq məmur “O dövrlərin keçdiyinə çox təəssüflənirəm. Böyük övladım 33, kiçik övladım isə 15 yaşındadır və görürəm ki, bu tamamilə fərqli nəsillərdir” deyə davam edib. Bu zaman zalda gülüş və alqışlar eşidilib.