Boksçu Tülin Ələkbərova və onun tələbəsi quldurluq cinayətinə görə polis tərəfindən saxlanılıb.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəs*ici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tülin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Qeyd edək ki, T.Ələkbərova bir neçə ay əvvəl xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılmış və 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi. Hazırda onun üzərində elektron qolbaq var.
Tanınmış boksçu polis tərəfindən saxlanıldı