Aktyor İlkin Həsəni sosial şəbəkədə ona yazılan rəy haqqında danışıb.

OLAY yazır ki, o “Çənə podcast”da qonaq olarkən “Facebook” sosial şəbəkəsində ona yazılan rəylə bağlı danışaraq bu sözləri deyib:

“Şərh o qədər gözəl və yerinə düşmüş şərh idi ki, dedim mən buna cavab yazsam, mübahisəyə çevriləcək,mən yazacam, o yazacaq, bizə dəstək olanlar yazacaq, söhbət uzanacaq. Dedim qoy qalsın, şərh öz gözəlliyini itirməsin. Yazdılar ki, sil də o şərhi, dedim qalsın”.