Amerikalı model və aktrisa Sindi Kroufordun oğlu Presli Gerber sentyabrın 20-nə keçən gecə Los-Ancelesdə vəfat edib.

OLAY yazır ki, faciədən sonra məşhur supermodelin nümayəndələri sosial şəbəkələrdə ictimai açıqlama yayıblar.

Sindi Kroufordun nümayəndələrinin rəsmi açıqlamasında deyilir: “Ailə bu çox çətin və ağrılı zamanda şəxsi həyatına hörmət edilməsini xahiş edir.”

Preslinin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb. Lakin məhkəmə-tibb ekspertlərinin məlumatına görə, gəncin ürək dayanması keçirmiş ola biləcəyi ehtimal edilir.

Faciə baş verən zaman Gerber reabilitasiya mərkəzində olub. Valideynləri onu psixi problemlərinin kəskinləşməsi fonunda həmin mərkəzə yerləşdirmişdilər.

Sindi Kroufordun oğlu vəfat etdi! Sindi Kroufordun oğlu vəfat etdi!