Türk müğənni Simge Sağın haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.
OLAY yazır ki, Saba Tümerin verilişində qonaq olan müğənni “Galatasaray”ın ulduz futbolçusu Mauro İkardi ilə münasibət yaşamadıqlarını söyləyib:
“Aramızda heç nə olmayıb. Adam evli idi, boşandı, indi də sevgilisi var. Mənə qarşı addımı olmayıb. Sadəcə mahnımı və mahnımın ona yaşatdığı hissləri sevib”.