Türk müğənni Sibel Can nənə olub.

OLAY yazır ki, bu barədə türk mediasında xəbərlər yayılıb. Müğənninin 2022-ci ildə Merve adlı xanımla ailə quran oğlu Engin Can Uralın qız övladı dünyaya gəlib. Qızlarının Amerika vətəndaşı olmağını istəyən cütlük bir müddət əvvəl Sibel Canın Mayamidəki evinə köçüb. Onlar dünyaya gələn övladlarına ərəb dilində “xurma ağacı” mənasını verən “Lina” adını veriblər.

Hazırda ana və körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilib.