Kremlin tərəfdarı olan Пул N3 Telegram kanalının yayımladığı “NATO Santa vuruldu” videosu diqqət çəkib.

OLAY yazır ki, sosial media istifadəçiləri bildirib ki, bu açıq-aydın propaqanda videosudur.

Videoda “Səmada xarici heç nəyə ehtiyacımız yoxdur” deyilir.

Bu video AZAL-a aid təyyarənin vurulmasından sonra ortaya çıxıb.

Video “Пул N3” Telegram kanalında “Şaxta Baba Rusiya üzərində sonuncu dəfə uçur” başlığı ilə paylaşılıb.