Uzun illərdir “Multiple Sclerosis” (MS) xəstəliyi ilə mübarizə aparan məşhur müğənni Serdar Ortaçın reanimasiyaya yerləşdirildiyi iddiası pərəstişkarlarını narahat edib.

OLAY yazır ki, iddiaların yayılmasının ardından Ortaç İnstaqram vasitəsilə açıqlama yayımlayıb. Məşhur müğənni sevənlərinə xoş xəbəri çatdırdığı paylaşımında belə deyib:

“Xəbərlər yalandır. Özümü çox yaxşı hiss edirəm. Konsertlər davam edir.”

Serdar Ortaç reanimasiyaya yerləşdirilib?