Benni Blanko müğənni Selena Qomezin onu necə əldə etməyə çalışması barədə açıqlama verib.

OLAY yazır ki, prodüser podkastlardan birində müğənni ilə münasibətlərinin necə rəsmiləşdiyini xatırlayıb.

“Gecə saat 3:30 idi və o, yazdı: “Hey”. Mən yatmışdım. O yenə yazdı: “Hey, yatmısan?” Mən isə, əlbəttə ki, yatırdım. Sonra “Hey, hey, hey” deyə-deyə mənə oyandığım ana qədər yazmağa davam etdi” deyə o xatırlayıb.

Onun sözlərinə görə, daha sonra Selena soruşub: “Biz nəyik?” O isə əvvəlcə sualın mənasını anlamayıb. “Dedim: “Bilmirəm”. O isə dedi: “Mən Nyu-Yorka gedirəm. Orada bizdən bir-birimizə kim olduğumuzu soruşsalar, nə deyim?” ”Məhz həmin an “Selena mənim sevgilimdir” deyə düşündüm. Başqa seçimim yox idi”.

Məhz sonuncu ifadə böyük reaksiyaya səbəb olub. İstifadəçilər bunu zarafat kimi deyil, prodüserin münasibəti rəsmiləşdirməyə məcbur qaldığına işarə kimi qəbul ediblər.

“”Başqa seçimim yox idi” – bu, dəhşətli bir açıqlamadır. Selena daha yaxşısına layiqdir” deyə istifadəçilərdən biri yazıb.

“Onu alçaltmaqdan heç vaxt əl çəkməyəcək” deyə başqa biri bildirib.

“Onun haqqında dediyi bütün utancverici sözlər arasında... ən pisi budur” deyə üçüncü istifadəçi əlavə edib.

Selenanın onu necə əldə etməsindən danışdı