Məşhur türk aktyor Yılmaz Erdoğan yaşadığı Köyceğiz bölgəsindəki evindən itləri ilə vaxt keçirdiyi və bağda işlədiyi anları sosial şəbəkədə paylaşıb.

OLAY yazır ki, sənətçi paylaşımına “Yaşamaq, su ilə torpağın sevgisinə şahid olmaqdır...” qeydini əlavə edib və izləyicilərindən böyük maraq görüb.

Qeyd edək ki, Yılmaz Erdoğan bir müddət əvvəl şəhər həyatından bezdiyini və kəndə köçdüyünü bildirib. “Köyceğizə köçməyimin səbəbi İstanbuldakı həyatımın sadəcə ticarət mərkəzində qəhvə içmək, tıxacda gözləmək və evə qayıtmaqdan ibarət olduğunu başa düşməyim idi” deyə o etiraf edib.

Şəhər həyatını tərk etdi! Şəhər həyatını tərk etdi! Şəhər həyatını tərk etdi!