Türk reper Sefo avtomobili ilə hərəkətdə olarkən kameraların obyektivinə tuş gəlib.
OLAY yazır ki, məşhur reper yanında olan xanım dostunun kameraları fərq etməsi ilə çətin anlar yaşayıb.
Sefonun yanında əyləşən rəfiqəsi jurnalistləri görən kimi tanınmamaq üçün başını qara gödəkçə ilə örtərək gizlənib.
Müxbirlərin “Yeni bir eşqdir?” sualları qarşısında gülməkdən özünü saxlaya bilməyən Sefo, “Adi dostumdur, deyəsən, görünmək istəmir” deyərək vəziyyətdən yayınmağa çalışıb.