Dünyaca məşhur müğənni Şakira və Burna Boy Mexiko şəhərində səhnəyə çıxaraq 2026-cı il “FIFA World Cup 2026” üçün hazırlanan rəsmi mahnını ifa ediblər.
OLAY yazır ki, mərasim tək bununla yekunlaşmayıb. Tədbirdə həmçinin J Balvin, Teyla, Andrea Bocelli və Ejae kimi sənətçilər də çıxış edərək tamaşaçılara unudulmaz musiqi şousu təqdim ediblər.
Mərasim rəngarəng səhnə quruluşu, möhtəşəm işıq effektləri və dünya ulduzlarının çıxışları ilə futbol azarkeşlərinə əsl bayram ab-havası yaşadıb.