İstanbul Cümhuriyyət Baş Prokurorluğu “Fənərbaxça”nın prezidenti Sadettin Saran haqqında həbs qərarı çıxarıb.

OLAY yazır ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl Saranın da daxil olduğu 4 şübhəli şəxs haqqında “S SPORT” internet saytında yayımlanan futbol oyunlarında qanunsuz mərc reklamı etdikləri iddiası ilə 1 ildən 3 ilə qədər həbs tələbi ilə iddia verilmişdi.

Bu gün keçirilən məhkəmədə S.Saran və qardaşı Alan Kenan Saran haqqında “müxtəlif yollarla qanunsuz mərc oynamaya təşviq etmək” ittihamı ilə 2 il 6 ay həbs qərarı verilib və onlar 562 min 500 lirə məbləğində cərimələnib.