Alla Puqaçova Rusiya bank hesablarında 120 milyon rubl vəsait saxlayır və bu məbləğdən faiz gəliri əldə etməyə davam edir.

OLAY yazır ki, bu, müğənninin Rusiyadakı aktivlərinin yalnız bir hissəsidir. Məlumata əsasən, Primadonnanın mülkiyyətində hələ də bir neçə daşınmaz əmlak var. Bunlara İstra su anbarı yaxınlığındakı bağ evi, Moskvada yerləşən mənzil və “Tvorçestvo” yaşayış massivindəki bağ evi daxildir.

Qeyd olunur ki, Puqaçovanın əsas gəlir mənbəyi 200-dən çox mahnısına olan müəllif hüquqlarıdır. Xarici agent statusuna malik olmadığı üçün onun musiqi əsərlərindən Rusiyada konsertlərdə, filmlərdə və reklamlarda istifadə olunmasına görə müəllif qonorarları almağa davam etdiyi bildirilir.