“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə iş xanımı özü paylaşım edib:
“Feysbuk sosial şəbəkəsində mənim adımdan istifadə edərək saxta profil yaradılıb.
Həmin profildən canlı yayım açaraq mənim görüntülərimdən istifadə edərək xəstə uşağa yardım adı altında pul toplayırlar. Təəssüflə qeyd etmək istəyirəm ki, həmin profili açanlar adımdan istifadə edərək insanları aldadır, mənim etibar və etimadımı zədələməyə çalışırlar.
Hər kəsə bildirmək istəyirəm ki, bu profil mənə məxsus deyil və burada səslənən fikirlərə, elan edilən "yardım kampaniyaları"na inanmasınlar.
Qeyd edim ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.