Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldo dünya çempionatlarındakı karyerasının son oyununu keçirib.
OLAY yazır ki, 2026-cı il Dünya Çempionatının 1/8 finalında Portuqaliya millisi İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Qarşılaşma Arlinqtonda (Texas ştatı) baş tutub. Oyunun yeganə qolunu ikinci hissəyə əlavə olunmuş vaxtda Mikel Merino vuraraq İspaniya yığmasını turnirin 1/4 finalına yüksəldib. İspaniya növbəti mərhələdə ABŞ – Belçika oyununun qalibi ilə qarşılaşacaq.
Final fitindən sonra 41 yaşlı Ronaldo göz yaşlarını saxlaya bilməyib. Futbolçu daha əvvəl 2026-cı il Dünya Çempionatının karyerasındakı son oyun olacağını açıqlayıb. O, karyerası ərzində altı dünya çempionatında iştirak etsə də, əsas kuboku qazana bilməyib.