Dünyaca məşhur pop müğənni Rihannanın ABŞ-nin Kaliforniya ştatındakı evinə atəş açan şübhəliyə “qəsdən adam öldürməyə cəhd” də daxil olmaqla 14 ayrı ağır cinayət ittihamı irəli sürülüb.

OLAY yazır ki, Rihannanın "Beverly Hills" bölgəsindəki malikanəsinə edilən hücumla bağlı məhkəmə prosesində yeni təfərrüatlar açıqlanıb.

Prokurorluq tərəfindən hazırlanmış ittihamnaməyə görə, 35 yaşlı şübhəli Ivanna Lisette Ortiza “qəsdən adam öldürməyə cəhd” ittihamının yanında yarıavtomatik silahla hücumdan 10, insanların olduğu yaşayış evinə və ya avtomobilə atəş açmaqdan isə 3 olmaqla cəmi 14 ağır ittiham yönəldilib.

Məhkəmə Ortizin həbsinin 1,8 milyon dollar girov müqabilində davam etdirilməsinə qərar verib və eyni zamanda sənətçi və ailəsinə qarşı uzaqlaşdırma qərarı çıxarıb.

Bildirilir ki, şübhəli bütün ittihamlardan məhkum olunarsa, ömürlük həbs cəzası ilə üzləşə bilər.

Los Anceles Bölgə Prokuroru Nathan Hochman məhkəmədən çıxışında bildirib ki, hücum zamanı Rihanna və onun həyat yoldaşı, məşhur reper Eysəp Raki malikanənin həyətindəki karavanda olublar, sənətçinin uşaqları, anası və ev işçiləri isə əsas binada olublar.

Rihannanın ABŞ-nin Kaliforniya ştatındakı evinə 8 mart tarixində atəş açıldığı, hücumda ölü və ya xəsarət alan olmadığı bildirilib. Hadisə yerindən qaçmağa çalışan şübhəli isə polis tərəfindən qısa müddətdə yaxalanaraq həbs olunmuşdu.

Dünyaca məşhur pop müğənni Rihannanın ABŞ-nin Kaliforniya ştatındakı evinə atəş açan şübhəliyə “qəsdən adam öldürməyə cəhd” də daxil olmaqla 14 ayrı ağır cinayət ittihamı irəli sürülüb.

Rihannanın Beverly Hills bölgəsindəki malikanəsinə edilən hücumla bağlı məhkəmə prosesində yeni təfərrüatlar açıqlanıb.

Prokurorluq tərəfindən hazırlanmış ittihamnaməyə görə, 35 yaşlı şübhəli Ivanna Lisette Ortiza “qəsdən adam öldürməyə cəhd” ittihamının yanında yarıavtomatik silahla hücumdan 10, insanların olduğu yaşayış evinə və ya avtomobilə atəş açmaqdan isə 3 olmaqla cəmi 14 ağır ittiham yönəldilib.

Məhkəmə Ortizin həbsinin 1,8 milyon dollar girov müqabilində davam etdirilməsinə qərar verib və eyni zamanda sənətçi və ailəsinə qarşı uzaqlaşdırma qərarı çıxarıb.

Bildirilir ki, şübhəli bütün ittihamlardan məhkum olunarsa, ömürlük həbs cəzası ilə üzləşə bilər.

Los-Anceles Bölgə Prokuroru Nathan Hochman məhkəmədən çıxışında bildirib ki, hücum zamanı Rihanna və onun həyat yoldaşı, məşhur reper A$AP Rocky, malikanənin həyətindəki karavanda olublar, sənətçinin uşaqları, anası və ev işçiləri isə əsas binada olublar.