Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi yaxşı olduğunu bildirib:
“Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Mediada kifayət qədər bu barədə məlumat yayıldığından təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirəcəyəm. Xəstəxanada olduğum müddətdə mənim üçün narahat olan doğmalarıma, yaxınlarıma, çalışdığım Milli Gənc Tamaşaçılar Teatrının kollektivinə, səhhətimlə ilk gündən xüsusi qayğı ilə maraqlanan teatrımızın direktoru, dəyərli, əziz Naidə xanım İsmayılzadəyə və məni sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm”.