Müğənni Rəqsanə İsmayılova boşanması ilə bağlı yayılan iddiaları təkzib edib.
OLAY yazır ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.
Rəqsanə deyib ki, ayrılıq iddiaları yalandır:
“Biz ayrılmamışıq. Fazil müəllim yanımda olub, bu gün də yanımdadır. Böyük dəstəyi var. Bu qədər yükün altından tək çıxa bilmərəm, təbii ki, onun köməyi olacaq. Biz birlikdəyik, ayrılıq yoxdur, hazırda da bizi izləyir”.