Ötən gün vəfat edən aktrisa Ece İrtemin anasının ifadəsi üzə çıxıb.
OLAY yazır ki, bu barədə türk mediasında məlumat yayılıb:
“Saat 17:51-də evimizlə eyni küçədə yerləşən bir məkana ad günü qeyd etməyə getdik. Birlikdə tort kəsib əyləndik. Saat 20:36-da evimizə qayıtdıq. Qızımı antidepresan dərmanını içdikdən sonra spirtli içkinin təsirində olduğu üçün yatağına uzatdım. Gecə saatlarında ayaqyoluna qalxıb yenidən uzandığını eşitdim. Səhər yeməyi yemək üçün çağırdım, lakin cavab vermədi. Otağına girəndə ağzından pis maye gəldiyini gördüm. Çox qəbul edirdi, eyni zamanda ağır antidepresan dərmanları istifadə edirdi”.