İki ay əvvəl Lissabon şəhərində ürəyi dayanan və reanimasiya şöbəsinə yerləşdirilən türk aktyor Oktay Çubuk xəstəxanadan evə buraxılıb.

OLAY yazır ki, yeni paylaşım edən Çubuk yaşadığı bu təcrübədən sonra həyata baxışının dəyişdiyini, anı yaşamağın vacibliyini və ona verilən bu ikinci şansı daha şüurlu şəkildə dəyərləndirmək istədiyini vurğulayıb.

“Bir müddətdir sosial şəbəkələrdə yox idim. Amma artıq yaşadığım hadisə ilə bağlı bir neçə söz deməli olduğumu hiss edirəm. Bildiyiniz kimi, düz iki ay əvvəl Lissabonda ürəyim dayandı. Həkimlərin dediyinə görə, qısa bir müddətlik həyatımı itirdim və sonra yenidən həyata qayıtdım” deyə aktyor bildirib.