Fransada kinoprodüser Nikola Altmayr və “Dior” moda evinin PR şöbəsinin rəhbəri Matilda Favye həyatını itirib.

OLAY yazır ki, ər-arvad yol qəzasında həlak olublar. Hadisə bazar ertəsi günorta saatlarında baş verib. Onların avtomobili ötmə manevri edərkən qarşı zolaqla hərəkət edən yük maşını ilə toqquşub.

 Matilda Favye 57 yaşında idi. O, uzun illər “Dior” moda evinin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib və peşəkar moda mühitində brendin simalarından biri olub. Nikola Altmayrin 61 yaşı var idi. O, qardaşı Eriklə birlikdə “Mandarin & Compagnie” şirkətinə rəhbərlik edirdi.