Prezident İlham Əliyevin Serbiyaya səfəri münasibətilə Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində ölkənin hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib.
OLAY yazır ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir”, - H.Hacıyev qeyd edib.